Bəzi xarici müsəlman ölkələrindən olan emissarlar Azərbaycanda dini sabitliyi pozmağa cəhd edirlər, lakin heç zaman yerli əhali arasında dəstək tapmayacaqlar. Bu barədə İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional ofisinin rəhbəri Elçin Əsgərov bəyan edib.
“Əfsuslar olsun ki, Azərbaycanda radikallıq, ekstremizm ideyalarını yaymaq cəhdləri həyata keçirilir. Buna əsasən bəzi müsəlman ölkələrindən olan emissarlar cəhd edirlər. Bu məqsədlə Azərbaycan gənclərinin nümayəndələri də müvafiq hazırlıq üçün xaricə aparılır, ölkədə təbliğata külli miqdarda vəsaitlər ayrılır. Lakin bu cəhdlər məhvə məhkumdur və nəinki əhali arasında dəstəklənmir, əksinə, ictimai qınağa səbəb olur”, - deyə o “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun plenar iclasında çıxışında bildirib.
“Bu cür ideyaların məhvə məhkum olmalarının rolu yalnız bu cür təbliğatın genişləndirilməsinə imkan verməyən dövlətə məxsus deyil. Bu rol dinlərindən asılı olmayaraq, əsasən azərbaycanlıların adətləri və dünya görüşlərinə məxsusdur. Biz inanırıq ki, bu təxminən min illik ənənə daha min il ərzində mövcud olacaq”, - deyə E.Əsgərov əlavə edib.
Ölkədə dini vəziyyət barədə danışan İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional ofisinin rəhbəri qeyd edib ki, əgər SSRİ dağılan zaman Azərbaycanda cəmi 17 məscid vardısa, hazırda onların sayı təxminən 1800-ə yaxındır; İttifaqın son illərində əhalinin 0,1%-dən azı dini ayinləri yerinə yetiriblərsə, hazırda müxtəlif sorğuların nəticələrinə əsasən, onların sayı 20%-ə yaxındır. Əvvəllər bir neçə dini icma fəaliyyət göstərirdisə, hazırda 500-dən artıq müsəlman dini icması qeydiyyatdan keçib; ölkədə dərc edilən dini ədəbiyyatın sayı minlərlədir, baxmayaraq ki, əvvəllər bir dənə də olmayıb. Bu gün ölkədə teoloji təhsil verən iki ali məktəb fəaliyyət göstərir, 3 mindən artıq tələbə buranı bitirib və 1 mindən artıq gənc digər müsəlman ölkələrində teoloji təhsil alır. Respublikada İslam və s. haqqında məlumat verən 50-ə yaxın internet resurs var.
E.Əsgərovun sözlərinə görə, Azərbaycan əhalisinin təxminən 95%-i özünü müsəlman və inanclı kimi tanıdır, baxmayaraq ki, tətbiq edən müsəlmanların sayı əhalinin 20%-dən artıq deyil. “Eyni zamanda müstəqillik dövrü ərzində dirçəliş mərhələsinin başlanğıcı zamanı müsəlmanlar və digər din nümayəndələri arasında heç bir dini qarşıdurma qeydə alınmayıb. Bir sıra digər dövlətlərin dəstəyilə Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində hətta müharibənin ən qızğın vaxtında Ermənistanın özündə dini çalar alıb. Çünki Erməni Qriqorian Kilsəsi bu müharibəyə müdaxilə edərək ona dini don geyindirməyə çalışırlar. Azərbaycanda həmin müharibəni bu cür xarakterizə vermək haqqında hətta işarə belə olmayıb. Nə siyasətçilər, nə əhali, nə inanclı şəxslər arasında. Baxmayaraq ki, öz ərazilərimizin müdafiəsini müsəlmanlar müqəddəs borc kimi dəyərləndiriblər”, - deyə o vurğulayıb.