Dekabrın 20-də Parisdə keçirilən UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyasının iştirakçıları Azərbaycanı komitənin vitse-prezidentlərindən biri seçib.
“Azərbaycanın UNESCO-nun bu vacib komitəsinə vitse-prezident seçilməsi silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində respublikanın göstərdiyi səylərin nəticəsidir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.