Milli Məclis (parlament) cümə günü keçirilən plenar iclasda Vergi Məcəlləsinə düzəlişlər layihəsini təsdiq edib. Bu barədə iclasda iştirak edən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, ümumilikdə layihədə vergi yükünün azalması, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi idarəçiliyinin güclənməsi, vergi sisteminin inkişafına yönələn 129 dəyişiklik və əlavələrin daxil edilməsi nəzərdə tutulur.
Sənəddə gəlirə verginin maksimal dərəcəsinin cari 30%-dən 25%-dək azaldılması nəzərdə tutulur.
Bundan başqa, 14% dərəcə ilə vergi tutulan gəlirlərin məbləğinin 2 min manatdan 2,5 min manatadək artırılması təklif edilir.
Z.Səmədzadə vurğulayıb ki, Vergilər Nazirliyinin rəyinə əsasən, həmin düzəlişlərə görə, Azərbaycan büdcəsinin zərəri illik 50 mln. manat təşkil edəcək. Lakin, hesab edirik ki, bu zərələr əmək haqqlarının leqallaşdırılması və artırılması hesabına tamamilə ödəniləcək.
Bundan başqa, Məcəlləyə düzəlişlər fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan – İF-Az) 14% dərəcə ilə vergi tutulan gəlirlərinin məbləğinin 24 min manatdan 30 min manatadək artırılmasını nəzərdə tutur.
Düzəlişlərə idman oyunlarından (mərclərdən) olan uduşlar şəklində vətəndaşlar, Azərbaycanın eks-prezidentləri və onların ailələrinin üzvləri tərəfindən əldə edilən gəlirlərin ƏDV-dən azad edilməsi və həmçinin bu vergi növü üzrə digər güzəştlər daxildir.
Z.Səmədzadə əlavə edib ki, layihə çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil haqqı ƏDV-dən azad ediləcək.
Komitə sədri qeyd edib ki, bu düzəlişlər 2013-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.