Milli Məclis sənaye parkları və texnoparkların rezidentləri üçün 7 illik vergi və gömrük güzəştlərinin verilməsi layihəsini bəyənib.
Milli Məclis cümə günü keçirilən plenar iclasında Vergi Məcəlləsinə düzəlişləri bəyənib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin parlament müxbiri iclasdan xəbər verir.
“Düzəlişlər layihəsində sənaye parklarının və texnoparkların rezidentləri üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub”,- deyəMilli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Xüsusən, sənaye parkları və texnoparkların rezidentləri gəlir vergisindən, torpaq, əmlak vergisindən, texniki qurğuların və texnoloji avadanlıqların idxalı zamanı gömrük rüsumlarından azad ediləcəklər. “Bu güzəştlər rezident qeydiyyata düşdüyü vaxtdan 7 il ərzində tətbiq ediləcək”,- deyə o əlavə edib.
Bundan başqa, sənaye parkları və texnoparkları idarə edən şirkətlər və operatorlar parkların infrastrukturunun tikintisinə və saxlanılmasına ayırılan gəılir hissəsinin mənfəət vergisindən azad edilirlər.