Avropa Birliyi Suriyadan Livana keçmiş fələstinli qaçqınlara humanitar yardım göstərilməsi üçün 2 mln. avro ayırıb. Bu barədə cümə günü "Euro Observer" internet-nəşri bildirib.
Son günlər ərzində təxminən 4 min fələstinli Suriyadan Livana qaçıb.
Suriyada silahlı münaqişə nəticəsində 160 min suriyalı və fələstinli Livanda sığınacaq tapıb.
Son günlərdə Dəməşqin cənubunda fələstinli qaçqınların "Yarmuk" düşərgəsində silahlı toqquşmalarla əlaqədar Livana qaçmış fələstinlilərin sayı artıb.
Toqquşmalar Suriya Azadlıq Ordusunun döyüşçülərini dəstəkləyən fələstinlilər və onların Suriya hakimiyyətinə loyal münasibət göstərən həmyerliləri arasında baş verib.