Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının(ABİ) növbəti qurultayında yenidən 5 il müddətinə Azərbaycan ABİ-nin sədri seçilib.
F.Əlizadə öz çıxışında son 5 ildə ABİ-nin uğurları, gənc və istedadlı bəstəkarlara dövlər dəstəyi barədə danışıb.
Daha sonra təftiş-nəzarət komiiisyasının hesabatı , Sevda İbrahimovanın, Faiq Sücəddinovun, Nəriman Məmmədovun, Oqtay Rəcəbovun çıxışları dinlənilib.
Həmçinin, ABİ-nin idarəedici orqanlarına seçkilər keçirilib.25 nəfər idarəedici orqanlara,5 nəfər təftiş- nəzarət komissiyasına seçilib.
Həmin gün ABİ-nin rəhbər orqanının yeni tərkibdə ilk iclası keşirilib.
F.Əlizadə ilk dəıfə 2007-ci ildə ABİ-nin sədri seçilib.