Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 2012-ci ilin ikitərəfli münasibətlər üçün vacib olduğunu hesab edir.
“2012-ci il strateji tərəfdaşlıq istiqamətində inkişaf edən Azərbaycan-Rusiya münasibətləri üçün vacib olub. RF regionlarının Azərbaycanla əməkdaşlığı qızğın inkişaf edib. Mən başqa söz tapa bilmirəm. RF subyektlərinin rəhbərləri biri-birinin ardınca reaspublikaya səfər ediblər”, - deyə V.Doroxin cümə günü Bakıda keçirilən Azərbaycan jurnalistlərinin mükafatlandırma mərasimində bildirib.
“Əgər bu belə davam edərsə, o zaman ticarət dövriyyəsinin həcminə görə yeni rekord əldə edəcəyik - $3 mlrd.-dan artıq”, - deyə Rusiyanın səfiri qeyd edib.
Diplomat Azərbaycan KİV-lərini ikitərəfli münasibətlərə və ümumiyyətlə, Rusiyaya olan diqqətə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, heç də bütün dərc edilən materiallarla razı olmur. “Əsas odur ki, istənilən material faktlara əsaslansın”, - deyə səfir qeyd edib.
V.Doroxin Rusiya mövzusunda yazan azərbaycanlı jurnalistləri Rusiya səfirliyinin Azərbaycandakı saytından və “Twitter”-də diplomatın şəxsi səhifəsindən istifadə etməyə dəvət edib. Səfirin sözlərinə görə, səfirliyin rəsmi saytı RF XİN sistemində ən yaxşılardan biri hesab edilir
Mərasimdə “MİR” teleradioşirkətin 20 illiyi ilə əlaqədar Azərbaycan bölməsinin rəhbərliyi və əməkdaşları mükafatlandırılıb.