Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 78 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr (evlərdə partlayışlar, istehsalat zədələri, qida zəhərlənmələri, dəm qazından zəhərlənmə) nəticəsində 13 nəfər həlak olub, 43 nəfər yaralanıb, 3 nəfər intihar edib.
3 nəfər qətldə, 10 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 6 nəfər qarət və soyğunda, 15 nəfər oğurluqda, 6 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 11 fakt qeydə alınıb.