Bazar ertəsi Gəncədə “Azərbaycan 2020: gələcəyə baxış” mövzusunda Azərbaycan Gənclərinin II Liderlik Forumu açılır. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidməti məlumat verir.
Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 100 nəfər gənc lider ölkənin aparıcı ekspertləri ilə “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasını müzakirə edəcək, yaxın gələcək üçün Azərbaycanın inkişaf istiqamətləri və prioritetlərini, bu hədəflərə çatmaq üçün görülməli olan işləri müzakirə edəcək.
Forumda SAM-ın direktoru Fərhad Məmmədov, mərkəzin ekspertləri, Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edəcəklər.