Nəqliyyat Nazirliyi Bakı- Tbilisi- Qars dəmir yolu dəhlizinin tikinti layihəsini strateji və regionun iqtisadi inkişafı üçün vacib əghəmiyyətə malik olduğunu hesab edir.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə hesab edir.
Xəbər verildiyi kimi, Gürcstanın baş naziri B.İvanaşvili cümə günü Gürcüstanın “Rezonansi” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Qars- Axalkalaki” dəmiryolu magistralının tikintisi bir sıra suallar yaradır, bu magistral hansısa mərhələdə Gürcüstan üçün faydalı olmaya bilər.
“Heç şübhə yoxdur ki,Bakı Tbilisi-Qars dəmiryolu layihəsi regional və dünya miqyaslı layihədir. Qars-Axalkalaki dəmir yolu hissəsi bu layihənin seqmentlərindən biridir. Azərbaycan Gürcüstan və Türkiyə dövlət başçılarının bəyanatları və üçtərəfli hökumətlərarası saziş bu layihənin həyata keçməsi üçün hüquqi əsas verir. Sözügedən sazişə uyğun olaraq tərəflər layihənin reallaşdırılması üzrə öhdəlik götürüblər. Məlum olduğu kimi, saziş əsasında Azərbaycan Hökuməti Gürcüstan tərəfinə layihənin Gürcüstana aid hissəsimnin yerinə yetirilməsi üçün $775 mln. məbləğində güzəştli kredit ayırıb”,- deyə Nəqliyyat Nazirliyinin məlumatında N.Həsənova istinadən bildirilir.
Onun sözlərinə görə, bir çox region ölkələri, Mərkəzi Asiya və Avropa dövlətləri bu layihəyə böyük maraq göstərərək onun reallaşdırılmasını dəstəkləyiblər.
“Azərbaycan əmindir ki, bu layihə region və regiondan kənar ölkələrin inkişafı üçün böyük strateji, eləcə də iqtisadi əhəmiyyətə malikdir.Onu da qeyd etmək lazımdır ki, layihə reallaşdırıldıqdan sonra regional təhlükəsizlik suiteminin bir hissəsinə çevriləcək.Azərbaycan beynəlxalq sazişlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetrib və yetirməyə davam edəcək və təfdaşlarından da eyni yanaşmanı gözləyir”,- deyə N.Həsənov bildirib.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də mövcud Tiflis-Bakı magistralından istifadə olunmaqla dəmir yolu dəhlizinin yaradılması haqda hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olan Qars- Axalkalaki dəmiryolu magistralının tikintisini də nəzərdə tutur, onun 68 km-i Türkiyə ərazisindən,30 km-i Gürcüstan ərazisindən keçəcək.Layihə həmçinin, Gürcüstanda Axalkalaki-Tbilisi dəmir yolu magistralının 183-cü kilometrlik hissəsinin yenidən qurulmasını da nəzərdə tutur.Gürcüstan tərəfində tikinti işləri Azərbaycanın Gürcüstana ayırdığı ümumi məbləği $775 mln.-a bərabər iki güzəştli kredirt hesabına reallaşdırılacaq.
Hazırda Gürcüstan ərazisində, xüsusən də onun Türkiyə ilə sərhəddində dəmir yolunun tikintisi üzrə işlər həyata keçirilir. BTQ marşrutu ilə ilk qatarın 2014-cü ilin birinci rübündə xəttə buraxılması planlaşdırılır.
Başlanğıc mərhələdə bu dəmir yolu ilə nəql edilən yüklərin həcmi ildə 5 mln. ton səviyyəsində olacaq, daha sonra yük daşımaların həcminin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.