Ötən həftə ərzində Azərbaycanda baş vermiş 34 yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər həlak olub, 52 nəfər bədən xəsarətləri alıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Ən ağır yol-nəqliyyat hadisəsi Şəmkir rayonunda baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəstəxanaya çatdırılıb.
Xaçmaz rayonunda iki avtomobilin toqquşması iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnib.
Bundan başqa, Xızı rayonunda minik avtomobili iki piyadanı vuraraq öldürüb.