Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi Rusiyanın səfiri Vladimir Doroxin ilə regionda vəziyyəti və hərbi sənaye kompleksi sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Qarabağ probleminə toxunan nazir qeyd edib ki, onun həll edilməməsinin əsas səbəblərindən biri Rusiyanın da həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin indiyədək nəticəsiz olmasıdır.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağda əmələ gələn separatizimin vaxtında qarşısı alınmadığından bu problemin həmçinin müasir Rusiyada yayılmasına şərait yaranıb.
Görüşdə V.Doroxin nazirə Rusiyanın Azərbaycandakı yeni hərbi attaşesini təqdim edib.