Ötən həftə Daxili İşlər Nazirliyinin əməkdaşları 28 narkomanı və 7 narkotik maddə alverçisini saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumilikdə 18,72 qram marixuana, 2,269 qram heroin və 1,915 qram tiryək müsadirə edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçilərindən 3,250 kq marixuana və 136 qram tiryək götürülüb.