Ermənistan öz qoşunlarını könüllü surətdə Azərbaycan ərazisindən çıxarmalıdır, əks halda Azərbaycan buna güc yolu ilə nail olacaq.Azərbaycan parlamentinin birinci vitse- spikeri Ziyafət Əsgərov belə bəyan edib.
“Azərbaycan heç vaxt ərazisinin işğal faktı ilə razılaşmayacaq. Müharibə hələ qurtarmayıb, sadəcə hərbi əməliyyatların birinci hissəsi başa çatıb”,- deyə Z.Əsgərov bazar ertəsi Bakıda keçirilən “Azərbaycan2013: yeni məqsədlər” adlı konfransda çıxışında belə bildirib.
Onun sözlərinə görə, Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır, əks halda Azərbaycan güc yolu ilə öz ərazilərini azad etmək hüququna malikdir.Z.Əsgərov qeyd edib ki, işğal faktının davam etdiyi şəraitdə Azərbaycan hərbi gücünü artırmağa məcburdur, dövlət büdcəsinin vəsaitlərinin çox hissəsi məhz hərbi ehtiyaclara sərf olunur ki, bu da “ bəzi qüvvələri narahat edir”.
Parlamentari bildirib ki, İ.Əliyevin prezidentlik etdiyi müddətdə Azərbaycan yalnız hərbi sahədə deyil, həm də siyasi, iqtisadi və digər sahələrdə uğurlara nail olub.