Quba rayonu Müalicə Diaqnostika Mərkəzlərində böyrəklərin köçürülməsi üzrə növbəti əməliyyat həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin mütəxəsisləri həyata keçirib.
Bundan başqa, rayonda hemodializ xəstələrin müayinəsi aksiyası keçirilib.
İki gün ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üzərində dörd əməliyyat aparılıb.