SOCAR şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Mingəçevir şəhərinin bir sıra yaşayış məntıəqələrini qalaşdırıb.Bu barədə şənbə günü “İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Xüsusən, Şəfəq, Şəfa, Gülşən, Gülüstan yaşayış məntəqələri, eləcə də H.Əliyev prospektinin1,2,3 saylı dalanları və məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayiş məntəqələri qazlaşdırılıb.
Beləliklə, Şəfəq, Şəfa, Gülüstan, Gülşən məntəqələrində 647, məcburu köçkünlər üçün nəzərdə tutulmuş yaşayış məntəqələrində 412, H.Əliyev adına prospektin 1,2,3 saylı dalanlarında 30 abonent qazla təmin edilib.
Ümumilikdə, 39,665 km polietilen boru kəməri, eləcə də məhəllə daxili qaz xətləri çəkilib, hər bir abonent üçün qaz sayğacı və qaz tənzimləyiciləri quraşdırılıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ilə qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95%-ə çatdırmağı planlaşdırır.