Dağıstan sakini Podmoskovyedə qətl törətməkdə və iki Azərbaycan vətəndaşına ağır xəsarət yetirməkdə şübhəli bilinir. Bu barədə “İnterfaks” agentliyinə çərşənbə axşamı hüquq-mühafizə orqanlarından mənbə məlumat verib.
Məlumata görə, bazar ertəsi Podmoskovyedə yerləşən Yubileynı şəhərindəki avtoservisdə 37 yaşlı Dağıstan sakini və Azərbaycandan gələn 29 və 33 yaşlı şəxslər arasında münaqişə baş verib.
Dava nəticəsində dağıstanlı bıçaqla digər iki nəfəri yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib. Onlardan biri yardım göstərilən zaman vəfat edib. Digərinin həyatı uğrunda həkimlər mübarizə ararırlar.
Şübhəli şəxs cinayət yerindən qaça bilib. Cinayət axtarışı şöbəsinin əməkdaşları onun axtarışını həyata keçirirlər.