Azərbaycan 2015-ci il Avropa Olimpiya oyunlarına ev sahibliyi etmək üçün hazırlıq işlərinə başlayıb.Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev belə söyləyib.
“Mən çox şadam ki, Avropa idman ailəsi böyük səs fərqi ilə bu oyunların Bakıda keçirilməsinə dəstək verdi .Odur ki biz hazırlığa başlamışıq”,- deyə o “Rossiya 24” telekanalına müsahibəsində bildirib.Prezident Rusiya Olumpiya Komitəsinə də Bakının namizədliyini dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.
Dövlət başçısı həmçinin qeyd edib ki, “böyük oyunlardan” fərqli olaraq Avropa Olimpiya oyunlarının keçirilməsinə hazırlıq üçün Azərbaycanın cəmi iki il vaxtı var.
Dövlət başçısının sözlərinə görə, Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropanın bir hissəsi kimi tanınması deməkdir, digər tərəfdən bu respublikanı olimpiya hərəkətaının və idman nailiyyətləriunin mərkəzinə çevirəcək.
İ.Əliyevin sözlərinə görə, 2012-ci ildə Azərbaycan iki tarixi uğur əldə edib- Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi qərarı ilə yanaşı, Azərbaycan idmançıları respublikanın müstəqillik əldə etdiyi dövrdən bəri ilk dəfə London Yay Olimpiya oyunlarında rekord sayda -10 medal qazandılar və buna görə ölkə ümumi komanda hesabı ilə dünya üzrə 30-cu, Avropa üzrə 15-ci yeri tutdu.