Azərbaycanın cənubunda Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində ona yaxın şəxs yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyionin regioanl bürosu rayon polis idarəsinə istinadən məlumat verib.
“Opel” markalı minik avtomobilinin qarşıdan gələnmikroavtobusla toqquşması nəticəsində doqquz nəfər yaralanıb. Onlardan iki nəfər minik avtomobilində, digərləri mikroavtobusda olublar.
Qəza nəticəsində mikroavtobusun sürücüsü ciddi xəsarət alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Hazırda xəsarət alan üzərində Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında əməliyyat aparılır. Qəzada digər zərərçəkənlər də oraya yerləşdiriliblər.
Rayon polis idarəsinin nümayəndəsinin sözlərinə görə, toqquşma ötmə qaydalarının pozulması nəticəsində baş verib.