Səhiyyə Nazirliyi noyabrda yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 38 obyektin istismarını dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Bundan başqa, nazirliyin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən keçirilmiş reydlər nəticəsində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 27 nəfər işdən kənarlaşdırılıb.
Noyabr ayı ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş verib, 61 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib.