Gürcüstanın baş naziri Bidzina İvanaşvil Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə ünvanladığı təbrik məktubunda baş nazir postunda Bakıya ilk rəsmi səfərini səbirsizliklə gözlədiyhini bildirib.
“Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim”,- deyə məktubda qeyd edilir.
Baş nazir qeyd edib ki, Gürcüstanla Azərbaycanı bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır.
“Mən Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq”,- deyə o vurğulayıb.