Gürcüstanın baş naziri Bidzina İvanişvili çərşənbə axşamı Azərbaycana səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verib.
Səfər çərçivəsində B.İvanişvili Azərbaycan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini, birgə layihələrin reallaşdırılmasını, regional problemləri müzakirə edəcək.
B.İvanişvilinin baş nazir qismində Azərbaycana ilk rəsmi səfəridir.
Öncə Gürcüstan tərəfi məlumat verib ki, Bakıda danışıqlarda baş nazir xüsusilə iki ölkənin energetika sahəsində əməkdaşlığı, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını müzakirə edəcək.