İslam Əməkdaşlıq Təşkilatının xüsusi elçisi və baş katibin müşavirii (İƏT) Ömür Orhun “İnterfaks -Azərbaycan” agentliyinin suallarını cavablandırıb
- Cənab Orhun, bu gün İƏT-in gündəliyində hansı məsələlər dayanır? Təşkilat üçün nələr prioritet təşkil edir?
-Bildiyiniz kimi, İƏT BMT-dən sonra ikinci böyük təşkilatdır.Təşkilat uzun zaman islam aləmi çərçivəsində Fələstin məsələsinin nizamlanması üçün fəaliyyət götərib. İƏT-in hazırkı baş katibi Ekmeleddin İhsanoğlunun səyləri sayəsində təşkilat nüfuz qazandı və səsi dünya birliyi tərəfindən eşidilməyə başladı.
İƏT-in gündəliyindəki məsələlərə gəlincə, bunlar çox müxtəlifdir və xüsusən islam ölkələrini maraqlandıran siyasi məsələlərdir.Bununla yanaşı, İƏT-in gündəliyində insan haqları tolerantlıq və dözümlülük üzrə fəaliyyət sahələrinin inkişaf etdirilməsi məsələsi də dayanır.Qeyd etmək istəyirəm ki, keçən il İƏT çərçivəsində insan haqları üzrə 18 nəfərdən ibarət daimi müstəqil komissiya yaradılıb.Komissiyanın yaradılmasında məqsəd islam aləmi ölkələrində insan haqlarının və qadının rolunun möhkəmləndirilməsidir
Təşkilatın prioriteti isə müsəlman ölkələrində münaqişəli vəziyyətlərin aradan qaldırılmasıdır.Fikir verin, islam aləmi ölkələri hələ də yüksək inkişafa nail ola bilıməyiblər, dünyadakı münaqişələrin əksəriyyəti bu ölkələrin payına düşür.Bununla əlaqədar, təşkilat münaqişəli vəziyyətlərin aradan qaldırılmasına kömək məqsədi ilə müəyyən mövqedə dayanır.
İƏT-in işində həmçinin, müsəlmanalara , eləcə də müsəlman ölkələrinə qarşı yönəlmiş filmlər, karikaturalar və digər mətbu orqanlar vasitəsilə yayılan islamafobiya anlayışı məsələsi də prioritet təşkil edir. Bu Qərbin sağçı siyasətbazlarının düşmənçilik ritorikasıdır ki, Şərq və Qərb arasında uçurum xətti yaradır.
-Bəs təşkilat belə halların qarşısını almaq üçün hansı tədbirləri görmək niyyətindədir?
-Biz bu vəziyyətdən çıxış yolu tapmağa çalışırıq.Hazırda biz BMT-nin insan haqları komissiyasında keçən il və bu il yenidən qəbul edilmiş “ Dözümsüzlük və diskriminasiya ilə mübarizə, eləcə də zorakılıq, nifrət əsasında törədilən cinayətlərlə mübarizə haqqında” qərarı üzərində işləyirik
-Ərəb dünyasında baş verən və “ərəb baharı” adlandırılan inqilablar barəsində nə deyə biləriniz? Bu baharı xalqların arzusu kimi xarakterizə etmək olarmı, yoxsa o bəzi siyasi dairələrin dediyi kimi, kənardan idarə edilən hər hansı planın tərkib hissəsidir?
- Yox, mən ərəb dünyasında baş verən inqilabi proseslərlərin xaricdən idarə olunduğunu hesab etmirəm.Bu ərəb xalqlarının öz döövlətlərində plüralist və demokratik cəmiyyət yaratamaq məqsədi ilə başalatdığı hərəkatdır. Hesab edirəm ki, bu prosesləri xarici amillərlıə bağlamaq yalnış yanaşma olardı.
-Bu gün “Ərəb baharı” adı altında baş cverən hadisələrin gələcək inkişafgını necə görürsünüz? Heç kim üçün sirr deyil ki, bir sıra ərəb ölkələrində bu prosesləri “bahar” adlandırmaq mümükün deyil.
-Bu hadisələrin ən ilk mərhələsində ərəb aləmindəki “baharı” qısa vaxt ərzində”ərəb yayı” əvəz edəcək. Demokratik prinsiplər, azadlıq və plüralizm bərqərar olacaq.Lakin gördüyümüz kimi bu heç də asan proses deyil.Ərəb ölkələrində cəmiyyətin müxtəlif təbəqələri mövcuddur.Məsələn Tunisdə bu problemlər sürətlə öz həlliuni tapdı.Misirdə isə bu günə qədər müəyyən çətinlilkər mövcuddur.Suriyadakı vəziyyətə gəlincə.... hökumət və müxalifət qüvvələri arasında vətəndaş müharibəsi gedirt. Suriya problemində ən böyük təhlükə təriqətlərarası qarşıdurmanın başlanmaq təhlükəsidir.Hesab edirəm ki, ərəb baharı dünya birliyinin dəstəyinə ehtiyac duyur və doğru istiqamətdə atılmış addımdır. Bununla yanaşı, müəyyən bir modeli bu ölkələrdə tətbiq etmək doğru və demokratik addım olmazdı.Bu ölkələr müəyyən müddət ərzində öz modellərini özləri müəyyənləşdirməlidirlər.
- Azərbaycan- Ermənistan arasındakı mövcud olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İƏT hansı mövqeyi tutur?
- Ermənistan-Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsində İƏT-in mövqeyi açıq, və aydındır.İşğal edilmiş torpaqlar qeyd –şərtsiz azad edilməli və Azərbaycana qaytarılmalıdır.Biz ən əvvəldən Ermənistanın işğalçı siyasətini qınamışıq, və bu gündə bu məsələylə bağlı mövqeyimiz dəyişilməz olaraq qalır.
-Cənab Orhun,bu gün dünya birliyi müsəlman aləminin iki problemini müzakirə edir, bunlar Fələstin –İsrail, və Azərbaycan-Ermənistan münaqişələridir.Azərbaycan ictimaiyyətinin bir təbəqəsi bu fikirdədir ki, “Fələstinin azadlığı Qarabağdan keçir”. Siz bu yanaşmanı düzgün hesab eduirsinizmi?
-Təəssüf ki, dünyada yubadılmış münaqişələr mövcuddur.Öz tərəfimdən bu siyahıya Kipr problemini də daxil etmək istəyirəm.Hər üç problemin öz spesifik xüsusiyyəti var.Bu problemlərin həllini bir –biri ilə əlaqələndirmək doqru olmazdı.Lakin onlardan birinin həlli digərləri üçün örnək ola bilərdi.
-Yəni model olaraq demək istəyirsiniz?
- Xeyr model olaraq deyil. Məsələn, Fələstin problemi artıq 60 ildən çoxdur davam edir,sual yaranır, bəs niyə 40-50 ildir mövcud olan Şimali Kipr problemini həll etmirik, Dağlıq Qarabağ münaqişəsini həll etmirik?Bu tunelin sonunda işıq ola bilərdi, lakin təkrar edirəm hər problemin öz xüsusiyyəti var.
- Yeri gəlmişkən Fələstin barədə.Bildiyimiz kimi, Fələstin BMT-nin müşahidəçisi çeçilib.Sizcə bu gecikmiş qərar deyilmi?
-Belə bir məsəl var “Gec olsun, güc olmasın”. Bəli, bu qərar geciksə də yaxşı qərardır.Bildiyiniz kimi, Fələstin səs çoxluğu ilə seçilib. Çox az ölkə onun əleyhinə səs verib. Biz bu qərardan sonra FƏTH və “Həmas” təşkilatlarının birləşərək mövcud problemin hıəllinə çalışacağını gözləyirik. Düşünürəm ki, İsrail doğru yöndə olmadığını anlamalıdır və artıq onun işğal etdiyi torpaqları azad etmək vaxtı gəlib çatıb.