Bakıda səfərdə olan Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə ikitərəfli münasibətlərin geniş spektri müzakirə ediləcək. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.
“Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin xalqlarının maraqlarına cavab verir. Cənab İvanişvilinin səfəri zamanı ikitərəfli münasibətlərin geniş spektri müzakirə ediləcək”, - deyə o çərşənbə günü jurnalistlərə bəyan edib.
“Müzakirələr strateji tərəfdaşlığımızı xarakterizə edən enerji sahəsini, həmçinin müxtəlif birgə layihələrdə iştirakı əhatə edəcək”, - deyə Ə.Həsənov əlavə edib.