Prezident İlham Əliyev Gürcüstanın baş naziri Bidzina İvanişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə günü ANS telekanalı xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, eləcə də regional məsələlər müzakirə olunub. Bundan başqa, tərəflər enerji daşıyıcılarının ixracı məsələsinə də toxunublar.