Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartını təsdiq edib. Bu barədə SMPDK-dən məlumat verilib.
Standart 1 yanvar 2013-cü il tarixdən tətbiq ediləcək.
Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb.
Xüsusilə, bütün şadlıq saraylarında qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır.
Bundan başqaq, şadlıq sarayına mərasim zamanı sarayda həkimin olması tövsiyyə olunur.
Standart şadlıq sarayının mətbəxinə olan tələbləri, masa ilə oturacaqların arasında olan məsafəni, masaların formasına, döşəməyə, salonun səhnəsinə və s. tələbləri müəyyən edir.
O cümlədən, personal üçün ciddi tələblər nəzərdə tutulur.