Kuba Azərbaycanı neft sənayesinin inkişafı üçün tərəfdaş kimi qiymətləndirir. Bu barədə Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteron cümə axşamı keçirdiyi mətbuat konfransında bəyan edib.
“Azərbaycan Kubanın neft sektoruna investisiya yatıra bilər. Belə ki, siz dənizdə neft hasilatı təcrübəsinə maliksiniz, o zaman mütəxəssisləriniz Meksika körfəzində Kubanın ərazi sularında yeni yataqların mənimsənilməsi və neft hasilatı ilə məşğul ola bilərlər”, - deyə səfir bildirib.
O həmçinin qeyd edib ki, ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə imzalanan bir sıra sənədlər mövcuddur. “O çümlədən, hökumətlərarası komissiya fəaliyyət göstərir. Lakin, son 6 il ərzində komissiyalar iclas keçirməyib. İclasların keçirilməsinin dayandırılması yanız Azərbaycanla deyil, həm də bir çox digər ölkələrlə əlaqədardır. Biz iqtisadi bazamızı genişləndirmək və yalnız bundan sonra digər ölkələrlə işləməyə başlamaq istəyirik”, - deyə səfir qeyd edib.
“Əminlikdə deyə bilərəm ki, əməkdaşlıq üçün baza mövcuddur. Siyasi və iqtisadi sahələrdə çoxlu sayda sənəd imzalanıb. O cümlədən, SOCAR ilə saziş var”, - deyə diplomat vurğulayıb.