SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İB 2009-2012-ci illərdə 338 məskunlaşmış məntəqəni qazlaşdırıb. Bu barədə birliyin baş direktoru Əkbər Hacıyev qeyd edib.
“Bu dövrdə 286,393 min yeni abonent qaz ilə təmin edilib”, - deyə Ə.Hacıyev cümə günü rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.
Onun məlumatlarıa görə, 2012-ci il dekabrın 1-nə olan vəziyyətə əsasən, əhali arasında “Azəriqaz”ın abonentlərinin sayı 1 mln. 439,264 min təşkil edir. Bunlardan 894,273 min abonent (62,1%) yeni qaz sayğacları ilə təmin ediliblər.
Ə.Hacıyev vurğulayıb ki, 2012-ci ilin yanavr-noyabr aylarında “Azəriqaz” sistemə 13 mlrd. 597 mln. 181,633 min kubmetr qaz qəbul edib.