1991-ci ildə İraqda "Səhrada tufan" əməliyyatı zamanı Qərb koalisiyasının qoşunlarına komandanlıq etmiş məşhur amerikalı general Norman Şvartskopf cümə gününə keçən gecə Florida ştatının Tampe şəhərində 79 yaşında dünyasını dəyişib. Bu barədə Amerikanın aparıcı KİV-i xəbər verir.
"Səhrada tufan" əməliyyatı nəticəsində Səddam Hüseyn qoşunları İraq tərəfindən işğal edilmiş Küveytdən çıxarmağa məcbur olub.
N.Şvartskopf bu əməliyyata görə ABŞ-ın ən yüksək mükafatına - Konqressin Qızıl medalına layiq görülüb.