Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla Əliyeva Bakıdakı uşaq evlərinin sakinləri ilə görüşüb.Bu barədə rəsmi KİV məlumat verir.
L.Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub.Bu uşaq evi 2005-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə təmir və bərpa edilib. Burada atılmış və imtina edilmiş 4 yaşadək 42 uşaql yaşayır.L. Əliyeva uşaqların yataq otaqlarına baxıb. Körpələrin sağlamlığı və yaşayış şəraiti ilə maraqlanıb .Bu evdə tərbiyə alan uşaqların əksəriyyəti övladlığa verilir.Sonra L.Əliyeva uşaqların bayram şənliyinə qatılıb , onlara hədiyyələr verib
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub. Bildirilib ki, 85 uşağın yaşadığı müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilib.
Daha sonra L. Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib.Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur. 2006-cı ildə fondun dəstəyi ilə uşaq evində 200 yerlik yeməkxana tikilib istifadəyə verilib.Bundan əlavə fond uşaq evinə iki nəqliyyat vasitəsi, televizor, kompyuter və digər avadanlıqlar bağışlayıb.
Həmçinin, qeyd edilib ki, fondun dəstəyi ilə uşaq evinin sakinləri müxtəlif bayram tədbirlərində , eləcə də beynəlxalq yarış və müsabiqələrdə iştirak edərək yüksək nəticələr göstəriblər.