Amerikanın məşhur skripkaçısı Hillari Han Avropa ölkələrinə yaradıcılıq turnesi çərçivəsində yeni ilin əvvəlində Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin skripka və fortepiano üçün bəstələdiyi “İmpuls” əsərini ifa edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“İmpuls” əsərinin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən H.Han əsərin müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb.
Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir. H.Han F.Əlizadə ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətindədir.