Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin faiz gəlirlərinə 2014-cü il yanvarın 1-nə qədər gəlir vergisi qoyulmayacaq.
Milli Məclis cümə günü keçirilən plenar iclasında “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun qəbul edib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan xəbər verir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, mövcud güzəştlərin müddəti 2013-cü il yanvarın 1-də bitir.Lakin bu qanun qəbul edilməklə güzəştlərin vaxtı daha bir il müddətinə uzadılıb.
Xəbər verildiyi kimi, dekabrın 1-nə banklarda əhalinin əmanətləri 4 mlrd. 763 mln. manat təçkil edib(2012-ci ilin 11 ayı ərzində artım 15,6%-İF-Az).