İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin İdarəetmə Qrupu bərk məişət tullantılarının daşınması üçün 29 yük maşını almağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentlityinə Qrupdan məlumat verilib.
Elana əsasən, Azərbaycan hökuməti Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsinin həyata keçirilməsi üçün Dünya Bankından kredit cəlb edib. Kredit vəsaitinin bir hissəsini tullantılarının daşınması üçün yük maşınlarının alımnasına sərf etmək planlaşdırılır.
Şərtlərə əsasən, seçimdə son üç maliyyə ili üçün maliyyə dövriyyəsi $6 mln. səviyyəsindən az olmayan, son 5 il ərzində minimum 15 tullantı daşıyan yük maşını təchizatı üçün ən azı uğurla tamamlanan 2 müqavilə həyata keçirməlidir.
Maraqlanan şirkətlər tərəfindən təkliflərin qəbulu 2013-cü il fevralın 12-dək keçiriləcək. Təkliflərin açılışı həmçinin fevralın 12-də keçiriləcək. Seçimdə iştirak üçüb dövlət rüsumu 120 manat ($150) təşkil edir.
Xəbər verildiyi kimi, Dünya Bankı Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi çərçivəsində Azərbaycan hökumətinə $29,5 mln. məbləğində kredit ayırıb. Layihənin ümumi dəyəri $41 mln., Azərbaycan hökumətinin payı $11,5 mln. təşkil edir.