“Uğurlar, centelmenlər” filmini ilk olaraq jurnalistlər seyr edib
29 dekabr 2012, Bakı: Azərbaycanın ən böyük kinoteatrı olan “28 cinema” jurnalistlər üçün Rusiya istehsalı olan “Uğurlar, centelmenlər” filminin premyerasını keçirib. Nümayişdə 20-dən çox yerli KİV və media nümayəndələri iştirak edib. Sonda isə jurnalistlər üçün kiçik mətbuat konfransı da təşkil olunub.
Qeyd edək ki, “Uğurlar, centelmenlər” filmi bir müddət kinoteatrın repertuarında qalacaq və gün ərzində müxtəlif seanslarla nümayiş olunacaq.
“28 cinema” Azərbaycanın ən böyük kinoteatrıdır və yeni fəaliyyətə başlamış 28 Mall ticarət mərkəzində yerləşir. “28 cinema” 6 zaldan ibarətdir və oturacaq yerlərinə görə respublikada ən böyük kinoteatrdı. Bundan başqa kinoteatrda Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar quraşdırılıb və 3D Xpand texnologiyalı eynəklər təqdim olunur.
Kinoteatrın daha bir özəlliyi möhtəşəm “PLATINUM MOVIE SUITES” zalıdır. Bu zalda avtomatik tənzimlənən 30 italyan kreslo və ofisiantı çağırmaq üçün düyməli individual stollar yerləşdirilib. Müştəri seyr zamanı “Blackberry” restoranından içkilər və isti yeməklər sifariş verə bilər. Həmçinin kinoteatrın ərazisində yerləşən Express bar-dan 9 növdə popkornlar, sərinləşdirici içkilər, Nachos çipsləri və şirin panbıq ala bilərlər. Yanında yerləşən “Cappuccino coffee house”-dan italyan qəhvəsindən, desertdən və digər xırda qəlyantılardan dada bilərlər. “Blackberry cafe & bar”-da isə müxtəlif ölkələrin mətbəxləri, geniş spirtli və kokteyl kataloqu təqdim olunur.
Bundan başqa “28 CİNEMA” kinoteatrı ilk dəfə olaraq “28 СINEMA CLUB” bonus proqramını təqdim edir. Klub üzvlərinə üç növdə bonus kartlar - Junior card 12 yaşınadək (qızlar və oğlan üçün müxtəlif dizaynda), Standard card və Gold card təqdim olunur. Klubun üzvləri hər dəfə bilet aldıqda bonus xalları artırmış olurlar və nəticədə həmin kartları pulsuz biletlər ilə dəyişə bilərlər. Həmçinin kartlar restorana endirimlər, VİP kassada individual xidmət və başqa üstünlüklər verir. Klub və klubun şərtləri haqqında ətraflı məlumatı kinoteatrın rəsmi saytından - www.28cinema.az ala bilərsiniz.
Qeyd edək ki, biletləri kinoteatrın kassasından, onlayn olaraq rəsmi saytdan və şəhərin müxtəlif yerlərində quraşdırılmış PayPoint ödəmə məntəqələrindən əldə etmək mümkündür.