Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2014-cü il yanvarın 1-nə qədər gəlir vergisindən azad ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqındaQanun”u təsdiq edib.
Qanunun mətni rəsmi mətbuatda dərc edilib.
Mövcud güzəştlərin müddəti 2013-cü il yanvarın 1-də başa çatır.Bu qanunla güzəştlərin müddəti 2014-cü il yanvarın 1-nə qədər uzadılmış oldu.
Xəbər verildiyi kimi,dekabrın əvvəliunə olan məlumata əsasən azərbaycanda banklar tərəfindıən əhalidən cəlb edilən əmanətlərin məbləği 4 mlrd.763 mln. manat (2012-ci ilin 11 ayı ərzində artım 15,6%-İF-Az) təşkil edib.