Son 10 il ərzində Azərbaycan hökuməti səhiyyə sahəsinə 650 mln. manatdan artıq büdcə vəsaiti ayırıb.
Bu rəqəmlər Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapıb.
"Son 10 il ərzində respublikada 400-dən artıq tibb müəssisəsi tikilib və təmir olunub, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilib", - deyə konsepsiyada qeyd edilir.
Konsepsiyada, həmçinin vurğulanır ki, son 10 ildə Azərbaycanın qeyri-neft sektorunun orta illik artım tempi 11% olub.