"Unibank" nizamnamə kapitalını 8,8% - 61 mln. 562,16 min manata qədər artırıb. Bu barədə bankın məlumatında qeyd edilir.
"Unibank” 5 mln. 40 manatlıq səhmlərinin əlavə emissiyasının yerləşdirilməsini başa çatdırıb. Nəticədə bankın nizamnamə kapitalı 61 mln. 562,16 min manata qədər artıb.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 2,72 manat olan 1 mln. 838,250 min ədəd səhmə bölünüb.
Bankın əlavə emissiyadan olan səhmlərinin yerləşdirilməsinin anderrayteri "Unicapital" ASC olub.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalında 76,52% 9 fiziki şəxsə, 15,15% AYİB-ə, 8,33% DEG-ə məxsusdur.