Rusiya vətəndaşlığı almış məşhur fransalı akryor Jerar Depardyeyə Saranskda Mordoviya rəhbərliyi ilə görüşdə mədəniyyət naziri postu təklif edilib.Bu barədə “Qosfilmfond”un rəhbəri Nikolay Bordaçev məlumat verib.
“J.Depardyeyə mədəniyyət naziri vəzifəsi təklif edilib, orada bu yer üçün vakansiya mövcuddur. O təşəkkür edərək bütün dünyanın mədəniyyət naziri olduğunu bildirib”,- deyə N.Borodaçev bazar günü “Russkaya slujba novostey” radiostansiyasının efirindən bildirib.
Onun sözlərinə görə, bu vəzifə aktyora respublikanın opera və balet teatrında rəhbərlik və mədəniyyət xadimlərinin görüşündə təklif edilib.
“Onun hər şey xoşuna gəldir”,- deyə N.Borodaçev bildirib.
N.Borodaçevin sözlərinə görə, aktyor Saranskda qeydiyyata düşüb, respublika başçısı Vladimir Volkov isə ona mənzil və ev hədiyyə etmək fikrindədir.
Bazar günü RF prezidentinin mətbuat katibi Dmitri Peskov”İnterfaks” agentliyinə bildirmişdi ki, bir gün əvvəl Vladimir Putin Soçidə J.Depardeye ilə görüşüb və ounla yaradıcılıq planlarını müzakirə edib
D. Peskov bildirib ki, J.Depardyenin RF-də olması münasibəti ilə ona Rusiya pasportu verilib”
“Prezidentlə J.Depardyenin qısa görüşü oldu, aktyor Rusiyayaya işgüzar səfərə gəlmişdi”,- deyə mətbuat katibi bildirib.
Bazar günü Saranskiyə gələn aktyoru hava limanında xalq mahnıları ilə qarşılayıblar.Elə orada aktyor öz yeni Rusiya vətəndaşlığı pasportunu nümayiş etdirib.
Mordoviyada aktyor görməli yeləri gəzib, diyarşünaslıq muzeyində olub, Yemeleyan Puqaçovun abidəsini ziyarət edib.