Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 18 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr (istehsalat zədələri, qida zəhərlənmələri, dəm qazından zəhərlənmə) nəticəsində 6 nəfər həlak olub, 38 nəfər yaralanıb, 5 nəfər intihar edib.
2 nəfər qətldə, 9 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 7 nəfər qarət və soyğunda, 16 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 2 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 5 fakt qeydə alınıb.