Azərbaycan Prodüserlər Gildiyası “Geniş baxış” tammetrajlı bədii filmi üçün ssenari müsabiqəsi elan edib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilib.
Müsabiqənin keçirilməsində məqsəd yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, bu filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək və bununla Azərbaycanda kino industriyanın inkişafına təkan verməkdir. Bundan başqa, bu müsabiqənin keçirilməsi xarici kino təşkilatlarını, yerli prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb edilməsinə və birgə çəkilən filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etməyə təkan verəcək.
Müsabiqənin şərtlərinə əsasən, nəticələr Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən ediləcək.
Müsabiqənin qalibləri may ayının 10-da açıqlanacaq.