Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşməsinin (həmçinin ipoteka krediti üzrə) 2012-ci il dekabrın 1-nə 706,8 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2011-ci ilin sonuna bankların bu cür kreditlər üzrə portfeli 575,8 mln. manat təşkil edib. Beləliklə, 2012-ci ilin yanvar-noyabr ayları ərzində bankların bu cür kreditlər üzrə portfeli 22,7% artıb.
2012-ci ilin oktyabr-noyabr aylarında bankların daşınmaz əmlakla əməliyyatların kreditləşməsi portfeli 83,5 mln. manat və ya 13,4% artıb.
Ümumilikdə, bankların ümumi kredit portfelinin 5,9%-i tikinti və daşınmaz əmlak alışı ilə bağlı əqdlərin kreditləşməsinin payına düşür. Baxmayaraq ki, 2011-ci ilin yekunlarına görə, bu göstərici 5,8% təşkil edib.