2012-ci il dekabr ayının 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,24 min ədəd təşkil edir ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəricidən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, dekabrın 1-nə Bakıda 1 249 (artım 5,9%), regionlarda 991 bankomat (artım 4%) quraşdırılıb.
2012-ci ilin yanvar-noyabr aylarında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında artım müşahidə edilib. Dekabrın əvvəlinə onların sayı 36,482 min ədəd (artım 2,8 dəfə) təşkil edib.
Bununla yanaşı, Bakıda 33,333 min (artım 2,7 dəfə), regionlarda 3 149 pos-terminal (artım 3 dəfə) quraşdırılıb.
2012-ci il dekabrın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 34,781 min bankomat və ya bütün pos-terminalların 95,3%-i quraşdırılıb.