2012-ci ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 9 mlrd. 1 mln. 802,009 min manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 6,79% çoxdur. Bu barədə birjanın məlumatında deyilir.
Ümumi dövriyyədən 89,9% əqd dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 8 mlrd. 93 mln. 691,157 min manat (artım 20,48%), korporativ sektorda əqdlər 908 mln. 110,852 min manat (artım 46,95%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda 141 mln. 740,61 min manat (azalma 40,71%), təkrar bazarda 25 mln. 713,253 min manat (azalma 38,15%) məbləğində DQİ yerləşdirilib.
2012-ci il ərzində Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmənin həcmi 859 mln. 32,852 min manat (artım 33,7%), təkrar bazarda - 210 mln. 732,784 min manat (artım 16,7 dəfə) təşkil edib. Repo əməliyyatları 6 mlrd. 856 mln. 471,656 min manat (artım 18,6%) təşkil edib.
Hesabat dövründə ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 60 mln. 713,67 min manat (azalma 69,47%), təkrar bazarda 343 mln. 409,666 min manat (azalma 32,25%) təşkil edib.
2012-ci ildə birja meydançasında 488 mln. 28,562 min manat (azalma 49,91 dəfə), təkrar bazarda 15 mln. 958,952 min manat həcmində səhm (artım 91,04%) yerləşdirilib.