ABŞ-da üç günlük rəsmi səfərdə olan Əfqanıstan lideri Həmid Kərzayi cümə günü ABŞ prezidenti Barak Obama ilə görüçəcək.Bu barədə Ağ Evdən məlumat verilib.
Britaniyanın BBC kanalının xəbər verdiyi kimi, bu B.Obamanın ikinci dəfə prezident postuna seçildikdən sonra onlar arasında birinci görüş olacaq.Görüşdə NATO qoşunlarının əsas qüvvələrinin Əfqanıstandan çıxarılması müzakirə mövzusu olacaq.Xatırladaq ki, qoşunların çıxarılması gələn ilin sonuna qədər başa çatdırılmalıdır.
Bundan sonra Əfqanıstanda nə qədər Amerika əsgərinin qalması məsələsi sual altındadır. Rəqəmlər 3 minlə 20 min arasında dəyişir.
BBC-nin məlumatına əsasən, B.Obamaya indi yalnız demokratlar deyil, republikaçılar da təzyiq göstərirlər.Onlar qoşunların mümkün qədər tez çıxarılmasını tələb edirlər.