Norveçin xarici işlər naziri Espen Bart Eyde gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbələrdən məlumat verilib.
Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
Səfər zamanı nazir yanvarın 14-də Azərbaycan Diplomatik Akademiyasında “Norveç modeli Azərbaycan üçün münasibdirmi?” mövzusunda məruzə ilə çıxış edəcək.