İstehsalçilari tərəfindən “Arzuların təyyarəsi” adlandırılan “Boinq-787” avialaynerində Boston Hava Limanındakı dayanacağında sərnişinləri boşaldıqdan az sonra yanğın baş verib.Bu barədə yerli KİV məlumat yayıb.
Yaponiyanın “Japan Аirlines” aviaşirkətinə məxsus təyyarənin bortundakı yanğını uçuşdan sonra təyyarənin vəziyyətini yoxlayan mexanik aşkarlayıb.Yanğına akkumlyatorun partlamasının səbəb olduğu müəyyən edilib.
Bir neçə həftə əvvəl “Boinq-787” markalı yeni təyyarələrin üçündə elektrik və yanacaq doldurma sistemlərində həmçinin, mühərrikində nasazlıqla əlaqədar belə insidentlər yaşanmışdı.
Ekspertlər hesab edirlər ki, təyyarənin bortunda baş vermiş yanğın bu günə qədər yaranmış nasazlıqlardan ən təhlükəlisidir.
Onlar qeyd edirlər ki, “Boinq-787” –nin sınaq uçuşları zamanı elektrik təchizatı sistemində də alışmalar baş verib.
Mütəxəssislərin fikrincə bu yeni təyyarənin bortunda sitemlərin əksəriyyətinin məhz elektriklə işləməsindən irəli gəlir, digər laynerlərdə bu iş mühərriklərin öhdəsinə düşür.
Bu son hadisə Çikaqo fond bazarına təsir göstərib: Bazar ertəsi “Boinq”in səhmlərinin qiyməti 2% aşağı düşüb.