Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İnsan Hüquqları və Demokratiya Aləti və Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizmi çərçivəsində təkliflərin verilməsinə dəvət elan edib. Bu barədə Aİ-nin Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib.
Layihələr Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviq olunmasına, siyasi iştirak və təmsilçiliyin artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirilməsinə yönəldilməlidir.
Təkliflər ümumilkdə iki kateqoriyaya bölünür. Birinci kateqoriya bütün hüquq və azadlıqları əhatə edir. İkinci kateqoriya prezident, bələdiyyə və parlament seçkilərində beynəlxalq standartlara uyğunluğu təşviq etmək və onları dəstəkləməkdən ibarətdir.
Avropa İttifaqı ümumilikdə bu layihələrə 2,2 mln. avro maliyyə vəsaiti ayırıb.