Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə 2,5 mlrd. manat məbləğində not emissiyasını planlaşdırır. Bu barədə “İnterfask- Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Notların yerləşdirilməsi BFB-də həyata keçiriləcək.
Emissiyanın həcmi bir qiymətli kağızın nominal dəyəri 100 manata bərabər olan 25 mln. ədəd nota bölünüb.
2012-ci ildə də emissiya həcmi 2,5 mlrd. manat səviyyəsində nəzərdə tutulmuşdu.
2012-ci ildə AMB yerləşdirilmiş notlarının həcmi ilkin bazarda 859 mln.32,852 min manat, təkrar bazarda 210 mln.732,784 min manat təşkil edib.
Xəbər verildiyi kimi, AMB 2004-cü ilin sentyabr ayında qısamüddətli notların buraxılışına başlayıb.Notların buraxılışı BFB ilə 2004-cü il iyulun 5-də bağlanmış sazişə uyğun həyata keçirilir.