Azərbaycanın “Bank Technique” ASC “Oracle Financial Services Software” şirkətinin “FlexCube” avtomatlaşdırılmış bank sistemini tətbiq edib. Bu barədə bankın məlumatında deyilir.
Layihənin icrası 4 ay ərzində başa çatdırılıb. Miqrasiya bankın 34 filial və 15 şöbəsini əhatə edib. Bu vaxt ərzində yeni IBAN kodlara malik olan 130 000 müştəri hesabları miqrasiya edilib.
“Bank Technique” ASC (əvvəllər “Texnikabank”) 1994-cü ildə yaradılıb.