Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarına vakant yerlərə işə düzəlmək istəyənlər üçün test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Ötən il 7,14,27 avqust, 6 sentyabr, 5 və 24 oktyabr tarixlərində elan edilən müsabiqə çərçivəsində 101 dövlət orqanına 1241 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün inzibati vəzifələrin 5-7 təsnifatlar üzrə 7593 namizəd qeydə alınıb. O cümlədən, 2465-i qadın namizəd (32%) olub. Eyni zamanda, qeydə alınan namizıdlərin 81%-ni gənclər təşkil edir. Məlumata əsasən, namizədlərdən 2634 nəfər (35%) test imtahanında iştirak etməyib. Onlardan 228 nəfəri (8,7%) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, 225 nəfəri (8,6%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 209 nəfəri (7,9%) İqtisadi İnkişaf Nazirliyi, 194 nəfəri (7,4%) Əmlak Məsələləri Dövlət Komitəsi, 166 nəfəri (6,3%) Təhsil Nazirliyi, 146 nəfəri (5,6%) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 137 nəfəri (5,2%) Dövlət Statistika Komitəsi, 124 nəfəri (4,7%) Mədəniyyət və Turizm Nazirliyi, 120 nəfəri (4,6%) Dövlət Sosial Müdafiə Fondu, 101 nəfəri (3,8%) Sənaye və Energetika Nazirliyi üzrə qeydə alınan namizədlərdir.
Məlumatda bildirilir ki, test imtahanı mərhələsində iştirak edən 1774 nəfər, həmçinin 540-ı qadın namizəd müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Onların 84%-ni gənc namizədlər təşkil edib. Eyni zamanda 572 nəfər 5-ci təsnifat, 392 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.